"Bavariya" "Real" və "Liverpul"u rəqabətdə geridə qoyaraq, "Bornmut"un 19 yaşlı müdafiəçisi Din Hoyseni heyətinə qatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, Münhen klubu yaxın həftələrdə Hoysenlə müqavilə bağlamaq istəyir. "Bavariya" ispan futbolçuya 5 illik müqaviləsi təklif etməyə hazırdır. Hoysenin müqaviləsində 50 milyon funt sterlinqə (58,5 milyon avro) müqaviləni vaxtından əvvəl ləğv etməyə imkan verən bənd var.
Qeyd edək ki, bu mövsüm Hoysen bütün turnirlərdə 29 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. 19 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 42 milyon avrodur.