09 Aprel 2025, 09:21
FUTBOL
“Arsenal” öz rekordunu yeniləyib. Matc.az xəbər verir ki, “topçular” Çempionlar Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırmaqla bunu reallaşdırıb.
İngiltərə klubu turnirin 1/4 final mərhələsinin ilk görüşündə “Real”a 3:0 hesabı ilə qalib gəlib. ÇL-də ardıcıl 7-ci matçdı uduzmayan “topçular” klub rekorduna imza atıb.
Qeyd edək ki, “Arsenal” sonuncu dəfə ötən ilin noyabrında “İnter”lə səfər 0:1 hesabı ilə uduzub.