"90 dəqiqə bu ritmdə çıxış etsəydik, qələbə qazanardıq".

Qadın futbolçulardan ibarət Monteneqro yığmasının baş məşqçisi Mirko Mariç Azərbaycanla heç-heçə (1:1) etdikləri oyun haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, komandasının qələbəyə layiq çıxış etdiyini əsas gətirərək, məyusluğunu gizlətməyib.

“Əslində, futbolçularımdan narazı qala bilmərəm. Çünki bütün bacarıqlarını meydanda göstərdilər. Təslim olmadılar, sonadək mübarizə apardılar. Bütün matçı buraxılan qoldan sonra oynadığımız kimi keçirmədik. 90 dəqiqə bu ritmdə çıxış etsəydik, qələbə qazanardıq. Çünki yaratdığımız qol vəziyyətlərinə görə biz qələbəni haqq edirdik”, - deyə Mariç qeyd edib.

O əlavə edib ki, Monteneqro yığması birinci yer uğrunda mübarizəsini davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest