"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalının "Arsenal"la ilk oyunundakı məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı 0:3 hesablı yenilginin səbəbini açıqlamaqda çətinlik çəkdiyini bildirib.

"Bu məğlubiyyəti izah etmək asan deyil. Komanda futboluna deyil, fərdi oyuna üstünlük verdik. Bu isə əks effekt verdi. Həm topa, həm də oyuna nəzarət “Arsenal”da idi. Komandamız kompakt oynamaqda çətinlik çəkir. Bunu cari mövsümdə keçirdiyimiz digər matçlarda da müşahidə etmişik. İlk görüşdəki 0:3 hesabından sonra mərhələ adlamaq şansımız çox azdı, ancaq sonadək səy göstərməliyik. Futbolda hər şey ola bilər", - deyə Ançelotti qeyd edib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması aprelin 16-da Madriddə gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest