UEFA Çempionlar Liqasının növbəti mövsümündə İngiltərənin ən azı 5 komandası mübarizə aparacaq. Matc.az xəbər verir ki, bu, turnirin 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”ın “Real”ı 3:0 hesabı ilə məğlubiyyətə uğratması nəticəsində bəlli olub.
Bu nəticədən sonra İngiltərə cari mövsümün sonunda avrokubokların reytinq cədvəlində 5 komandanı ÇL-ə göndərmək hüququ verən ikinci yerdən aşağı düşməyəcək.
Qitənin ən mötəbər klub turnirində ingilis təmsilçilərinin maksimum sayı 7-yə çata bilər. Bunun üçün “Aston Villa” cari mövsümdə Çempionlar Liqasının qalibi adın qazanmalı, “Tottenhem” və ya “Mançester Yunayted” isə Avropa Liqasının kubokuna sahib çıxmalıdı.
Sayın 7-yə çatması üçün daha bir şərt var. “Aston Villa”, “Tottenhem” və ya “Mançester Yunayted” cari mövsümün sonunda Premyer Liqada ilk “4-lük”də yer almamalıdı.