Kadi bu gündən etibərən kollektivlə məşqlərdə iştirak edəcək.

Misli Premyer Liqasının 29-cu turunda “Zirə” ilə keçirilən matçda (1:0) zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin vəziyyətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, “sambaçı”nın zədəsi ciddi deyil.

Kadi bu gündən etibərən kollektivlə məşqlərdə iştirak edəcək. Onun 30-cu turda “Səbail”lə matçda komandasına kömək etmək ehtimalı çoxdu.

Qeyd edək ki, Kadi “Zirə” ilə görüşün ikinci hissəsində baş məşqçi Qurban Qurbanovdan əvəzlənməsini istəmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest