09 Aprel 2025, 13:24
FUTBOL
“Napoli” hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən hücumçusu Viktor Osimheni satmağa yaxındı. Matc.az xəbər verir ki, Neapol təmsilçisi nigeriyalı forvardın qiymətində endirim etməyə razılaşıb.
Bu barədə ESPN nəşri məlumat yayıb. “Napoli” rəhbərliyi Osimheni 64 milyon avroya satmağa razılaşıb. Bu məbləği ödəyəcək klub təcrübəli futbolçunu heyətinə qata biləcək.
“Qalatasaray”ın transfer hüququnu birdəfəlik almaq istədiyi Osimhenlə hazırda “Yuventus” və “Mançester Yunayted”, həmçinin Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanırlar.