09 Aprel 2025, 13:58
FUTBOL
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Real”a 3:0 hesabı ilə qalib gəldikləri matçda zədələnən Bukayo Saka haqda danışıb. Matc.az xəbər verir ki, ispan çalışdırıcı futbolçusunun vəziyyətinin yaxşı olduğunu, onun ciddi zədə almadığını qeyd edib.
“Narahatlığa səbəb olacaq bir durum yoxdu. Sakanın zədəsi ciddi deyil”, - deyə Arteta bildirib.
Saka 74-cü dəqiqədə zədə səbəbindən əvəzlənmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, “Arsenal” “Real”la cavab görüşünə aprelin 16-da çıxacaq.