İspaniya La Liqasında ikinci yerdə qərarlaşan və Çempionlar Liqasında mübarizəni dayandırmaq üzrə olan “Real” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq. Matc.az xəbər verir ki, “kral klubu” yayda bir neçə futbolçusunu yola salacaq.

Belə ki, rəhbərlik Luka Modriç, Lukas Vaskes, David Alaba və Fran Qarsiyanın xidmətində maraqlı deyil. Eyni zamanda baş məşqçi Karlo Ançelotti ilə də yollar ayrılacaq. Baş məşqçi dəyişikliyinə gedəcək İspaniya nəhəngi yeni komanda formalaşdırmağı planlaşdırır.

Qeyd edək ki, “Real” dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest