“Qapımıza verilən penalti qərarı düzgün deyildi. Çünki top birinci rəqib oyunçunun əlinə dəymişdi”. Bunu matc.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib.

22 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə keçirilən səfər oyununu dəyərləndirib.

Mirzəliyeva 1:1 hesablı heç-heçədən sonra axırıncı turda böyükhesablı qələbəyə məcbur olduqlarını bildirib: “Qələbəni son dəqiqələrdə əldən verdik. Bu da bizi çox məyus etdi. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. İndi son turda Bakıda Litvanı böyük hesabla məğlub etməliyik”.

Qeyd edək ki, millimiz son matçını mayın 30-da Litvaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest