09 Aprel 2025, 16:24
FUTBOL
Zaqreb “Dinamo”sunda gözlənilməz ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Xorvatiya klubu baş məşqçisi Fabio Kannavaro ilə vidalaşıb.
Zaqreb təmsilçisi italyan mütəxəssislə yollarını ayırdığını rəsmi saytı vasitəsilə bəyan edib. 51 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Beləliklə, Kannavaro Xorvatiya klubunda cəmi 4 ay qalıb.
Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatında 3-cü pillədə qərarlaşır.