“Milan”ın müdafiəçisi Kayl Uolker əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.

Tibbi müayinədən sonra 34 yaşlı futbolçunun sağ dirsəyində sınıq aşkarlanıb. Əməliyyatın uğuru keçdiyi bildirilib. İngiltərə millisinin üzvü tezliklə reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, Kayl Uolker bu mövsüm “Milan”ın heyətində 12 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest