“İpsviç”in hücumçusu Liam Delap “Mançester Yunayted”in yay “transfer pəncərəsi”ndə əsas hədəfinə çevrilib. Matc.az xəbər verir ki, “İpsviç” bu mövsüm Premyer Liqanı tərk etsə, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün 46 milyon avroluq sərbəstqalma məbləğini aktivləşdirməyə hazırdı.

Delap ötən il “Mançester Siti”ni tərk edib və “şəhərlilər” onun növbəti transferindən 20 faiz pay alacaq. “Mançester Siti”nin gənc futbolçunu geri alma hüququ olsa da, klub bu imkandan istifadə etməyi planlaşdırmır.

Qeyd edək ki, hazırda “Qalatasaray”da çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen “Mançester Yunayted” üçün alternativ variant olaraq qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest