10 Aprel 2025, 17:26
FUTBOL
“Roma”nın hücumçusu Eldor Şomurodov komandada qalacaq. Matc.az xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə üzrə razılaşıblar.
Özbəkistan millisinin üzvü A Seriyası klubunda qalmaq üçün güzəştə getməli olub. Belə ki, 29 yaşlı forvard maaşının azaldılmasına razılıq verib.
Qeyd edək ki, Şomurodov cari mövsüm 30 oyunda 6 qol vuran, 3 məhsuldar ötürmə verib.