“Barselona”nın hücumçusu Ansu Fati yayda klubdan ayrılmaq qərarını verib. Matc.az xəbər verir ki, forvard qış fasiləsində komandadan getmək variantını nəzərdən keçirsə də, baş məşqçi Hans-Diter Fliklə məsləhətləşmədən sonra qalmağı üstün tutmuşdu.

Lakin yanvarın 4-də İspaniya Kuboku çərçivəsində 28 dəqiqə oynadığı görüşdən sonra futbolçu meydanda görünməyib. Fati klub rəhbərliyinin ona münasibətindən də narazıdı. O, məşqlərdə yüksək məhsuldarlıq nümayiş etdirdiyi halda, klubun sosial şəbəkələrində bu göstəricilərə diqqət yetirilmədiyini, əvəzində digər oyunçuların ön plana çəkildiyini bildirib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Ansu Fatinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest