10 Aprel 2025, 16:42
FUTBOL
“Barselona” “Liverpul”un hücumçusu Luis Diasın transferini prioritet hesab edir. Matc.az xəbər verir ki, yeganə problem İngiltərə klubunun kolumbiyalı üçün 75 milyon avro tələb etməsidi.
Diasla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Əhli” klubları da maraqlanır. Bu səbəbdən “qırmızılar” təzminat məbləğini artırıb. “Barselona” transferdə israrlı olsa da, bu məbləği qarşılamaq iqtidarında deyil.
Bu çətinliklər fonunda kataloniyalılar “Atletik”in cinah oyunçusu Niko Uilyamsla danışıqları yenidən bərpa etməyi düşünür. Bilbaolular 60 milyon avroya futbolçusunu satmağa razıdı. Bu transfer “Barsa” üçün maliyyə baxımından daha əlçatan sayılır.