“Mançester Siti” yeni sağ cinah müdafiəçisi transfer etməyi planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə paylaşımında bildirib.

Onun sözlərinə görə, klubun yeni idman direktoru Uqu Viana yay transfer dönəmində bu mövqenin gücləndirilməsi üçün variantlar üzərində çalışır. Hazırda mümkün namizədlərin adları açıqlanmır. Hazırda Pep Qvardiolanın sərəncamında yalnız bir əsas sağ müdafiəçi var - Riko Lyuis. 20 yaşlı ingilis futbolçu bu mövsüm 39 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Mançester Siti” 31 turdan sonra Premyer Liqada 52 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest