Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, UEFA ənənəsinə sadiq qalaraq, 4 oyunçu müəyyənləşdirib.

1/4 final mərhələsinin ilk oyunlarından sonra mükafata aşağıdakı oyunçular namizəd göstərilib:

- PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya – “Aston Villa”ya qarşı oyunda qol vurub;

- “İnter”dən Alessandro Bastoni;

- “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays – “Real”la matçda cərimə zərbəsindən iki qol vurub;

- “Barselona”dan Robert Levandovski -  “Borussiya”ya qarşı görüşdə dubl edib.

Qeyd edək ki, qalib azarkeşlər arasında aparılacaq səsvermə nəticəsində müəyyən olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest