Klub tarixində rekord göstərici isə XX və XXI əsrin qovşağında — 1999-2000 mövsümündə qeydə alınıb. Həmin vaxt Lui van Qalın başçılığı altında komanda 45 qol vurmuşdu.

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı üzərində 4:0 hesablı qələbə qazanaraq, XXI əsrdə Avropanın əsas klub turnirində bir mövsümdə vurulan qollar sayında klub rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərliyi altında kataloniyalılar cari mövsüm turnirdə 36 qol vurublar.

Bu göstərici 2008-09 mövsümündə Pep Qvardiolanın rəhbərliyi altında da qeydə alınmışdı. Hazırkı göstərici son 25 ilin ən yaxşı nəticəsidi.

Klub tarixində rekord göstərici isə XX və XXI əsrin qovşağında — 1999-2000 mövsümündə qeydə alınıb. Həmin vaxt Lui van Qalın başçılığı altında komanda 45 qol vurmuşdu.

Qeyd edək ki, “Borussiya” ilə “Barselona” arasında cavab oyunu aprelin 15-də Dortmundda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest