Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev vaxtilə rəhbərliyi altında çıxış etmiş Berezutski qardaşlarının məşqçilik fəaliyyəti ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Vasili Berezutski və Aleksey Berezutskinin bu sahədə hələ yeni olduqlarını bildirib.

Qazzayev onu da əlavə edib ki, istənilən halda uğursuzluq məşqçi istefası ilə nəticələnir: “Onların məşqçilik fəaliyyətini qiymətləndirmək çətindi. Gözləyək, görək necə olacaq. Onlar bu işə çox ciddi yanaşıblar. Məşqçinin qiyməti nailiyyətlər və nəticələrdi. Əgər nəticə varsa, deməli, məşqçi düzgün işləyir, nəticə yoxdusa, onu işdən çıxarırlar. Buna görə də onlara təkcə ölkə çempionatında yox, bütün böyük turnirlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Sabah” Vasili Berezutskinin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 29 turdan sonra 36 xalla beşinci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest