"Bol qol vurduq və yaxşı oynadıq. Hər ikisi vacibdi. Əgər bizim kimi yaxşı oynayırsansa, qollar da gələcək"
Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən “Barselona” – “Borussiya” (Dortmund) oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Matc.az xəbər verir ki, İspaniya klubunun çalışdırıcısı Hans-Diter Flik 4:0 hesablı qələbəni möhtəşəm oyunla əlaqələndirib.
Onun Almaniya təmsilçisindəki həmkarı isə məğlubiyyətə layiq olduqlarını etiraf edib:
Niko Kovaç (“Borussiya”nın baş məşqçisi): “Biz uduzduq. Bu aydındır və haqq edilmiş məğlubiyyətdi. İlk hissənin ilk 20 dəqiqəsində pis oynamadıq. Sonra oyunumuzun stili çox dağınıq oldu və meydanda sakitlik yox idi ki, bu da bizim əleyhimizə işlədi. Bir qolu cərimə zərbəsindən, üç qolu isə əks-hücumdan buraxdıq. Əks-hücumdan buraxılan üç qol – bu, şübhəsiz ki, çoxdu. Topu itirmək olar – bu, oyunun bir hissəsidi, amma sonra düzgün qərarlar qəbul etmək lazımdı. Bu, yüksək səviyyədə ciddi nəticələrə səbəb ola biləcək xırda detallardı”.
Hans-Diiter Flik (“Barselona”nın baş məşqçisi: “Bol qol vurduq və yaxşı oynadıq. Hər ikisi vacibdi. Əgər bizim kimi yaxşı oynayırsansa, qollar da gələcək. Məhz bu, “Borussiya” önündə baş verdi. Məsələ təkcə bizim vurduğumuz qollarda deyil, həm də müdafiəmizdə necə oynamağımızdadı. Bütün sahə boyu əla oyun göstərdik. Ehtiyat oyunçular skamyasından meydana çıxan futbolçuların matça təsir etməsi və tez bir zamanda temp tutması – bu, həqiqətən çox gözəldi”.
Qeyd edək ki, cavab görüşü aprelin 15-də Dortmundda keçiriləcək.