“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Dortmund “Borussiya”sı ilə oyunda (4:0) iştirak edib. Matc.az xəbər verir ki, gənc futbolçu bununla yeni rekord müəyyənləşdirib.

İspaniya millisinin üzvü 18 yaşına çatmadan Çempionlar Liqasında 20 oyun keçirən ilk oyunçu olub. Yamalın cari mövsüm ÇL-də 10 matçı var.

Qarşılaşmada ilk qolun məhsuldar ötürməsini verən Pau Kubarsi də tarixə düşüb. O, Çempionlar Liqası tarixində assist verən ən gənc müdafiəçiyə çevrilib. Kubarsi 18 yaş, 77 günlükdə bunu bacarıb. O, Venkan Kompaninin rekordunu (18 yaş, 193 gün) yeniləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest