Həkim Mario Alexandro Şiter əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən sonra tibb işçilərinə qarşı laqeydlik ittihamı üzrə məhkəmədə ifadə verib. Matc.az xəbər verir ki, Şiter Argentina millisinin sabiq oyunçusunu keçmişdə iki dəfə narkotik asılılığından müalicə edib.

Başlanğıcda Maradona beyninə qan sızma səbəbindən subdural hematomadan əməliyyat olunmuş və sonra evə göndərilmişdi. Həkim Şiter onun ölümünə laqeydlikdə ittiham olunan 7 tibb işçisinə qarşı açılan məhkəmə işində ifadə verib. Onun sözlərinə görə, həmin şəxslər lazımi tibbi yardım göstərməyərək, Maradonanın ölümünə səbəb ola biləcək vəziyyət yaradıblar.

Eyni zamanda bəzi şahidlər də Maradonanın gətirildiyi evdə lazımi tibbi avadanlığın olmadığını söyləyib. Şiter “bütün sübutlar göstərir ki, lazımi qayğı göstərilməyib, bu da ürək çatışmazlığına səbəb olub”, - deyib.

Qeyd edək ki, Maradona 2020-ci il mayın 25-də 60 yaşında Buenos-Ayresdək vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest