FIFA DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Braziliya ilə keçirilən (4:1) oyunda Argentina millisinin azarkeşlərinin etdiyi qalmaqallı şüarlar səbəbindən Argentina Futbol Assosiasiyasına qarşı iş açıb. Matc.az xəbər verir ki, argentinalı fanatlar rəqibə qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Argentinalılar apellyasiya vermək hüququna malikdi və bunun üçün son tarix 17 aprelidi. Eyni zamanda, cəzalar arasında Argentina ilə Kolumbiya arasında iyunda keçirilməsi planlaşdırılan ev matçını azarkeşsiz keçirmək ehtimalı da var.

Qeyd edək ki, Argentina millisi həmin qalibiyyət sayəsində Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatına vəsiqəni rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest