10 Aprel 2025, 13:29
FUTBOL
AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev veteran futbolçuya üzərində “65” yazılan forma hədiyyə edib.