10 Aprel 2025, 14:17
FUTBOL
Məhəmməd Salah və Vircil van Deyk tezliklə “Liverpil”la yeni müqavilə imzalayacaqlar. Matc.az xəbər verir ki, “qırmızılar” hər iki ulduz futbolçu ilə anlaşmağa yaxındı.
Tərəflər arasında danışıqlarda nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə edilib. Hər iki oyunçu ilə yeni müqavilə iki illik olacaq və onlar 2027-ci ilin yayına qədər kluba məxsus olacaqlar.
Premyer Liqa klubu müdafiəçi Trent-Aleksander Arnoldla da yeni sözləşmə ilə bağlı danışıqları davam etdirir.