10 Aprel 2025, 15:17
FUTBOL
“Bavariya”nın əfsanəvi futbolçusu Lotar Matteus “Santos”un hücumçusu Neymarın mümkün transferini dəyərləndirib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bunu mümkünsüz hesab edir.
O, Neymarın “Bavariya”ya uyğun oyunçu olmadığını düşünür: “Bizə - “Bavariya”ya şoumen lazım deyil. Neymar yalnız özünü düşünür. O, dünyanın ən yaxşı futbolçularından biridi, buna görə də bu qədər böyük klublarda oynayıb və böyük pullar qazanıb. Amma “Bavariya” bir ailədi. Neymar bir gün “Bavariya”da oynasaydı, oyun üslubunu dəyişmək məcburiyyətində qalardı. Bizə özünü ön plana çıxaran futbolçu lazım deyil”.
Qeyd edək ki, Neymarın agenti Pini Zahavi bir müddət əvvəl 33 yaşlı braziliyalı hücumçuya “Bavariya”dan təklif gəldiyini açıqlamışdı.