Peruda 21 yaşlı futbolçu Helar Qonsales Altamirano vəfat edib. Matc.az xəbər verir ki, hadisə oyun zamanı baş verib.

O, ölkə kuboku görüşündə qapıçı ilə toqquşma nəticəsində dünyasını dəyişib. “Real Titan”ın formasını geyinən Altamirano “Defensor”la qarşılaşmanın 70-ci dəqiqəsində rəqibin qapıçısı ilə toqquşaraq başından ağır zədə alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölümə səbəb gənc futbolçunun başındakı damarın yırtılması olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest