10 Aprel 2025, 18:42
FUTBOL
İspaniyanın "Sevilya" klubu futbolçusu Xuanlu Sançeslə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb. Bununla da o, 2029-cu ilə qədər "Sevilya"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Xuanlu Sançes İspaniyanın U-21 yığmasının üzvüdür.