10 Aprel 2025, 20:30
FUTBOL
"Real"ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-dən keçən mövsümün sonundan qalan ödənilməmiş maaşını almağa çalışır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" xpaylaşıb.
Bildirilir ki, Mbappenin hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.
Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avro almaq niyyətindədir. Qeyd edilən bonuslar ona "Real"a keçdiyi üçün ödənilməyib.
Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından mübahisəli işi UEFA-ya göndərməyi xahiş edib. Vəkillər bunun PSJ-nin Avropa yarışlarından diskvalifikasiyasına səbəb ola biləcəyinə inanırlar.