"Bavariya" hücumçusu Leroy Saneni saxlamaq niyyətindədir və futbolçuya 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat paylaşıb.

Sanenin özü də Münhen klubunda qalmaq istəyir, lakin bunun üçün o, maaşında endirimə getməli olacaq. Hazırkı müqaviləsinə əsasən, almaniyalı ildə 20 milyon avro qazanır. Futbolçu ilə Londonun "Arsenal" klubunun da maraqlandığı bildirilir.

Qeyd edək ki, bu mövsüm 29 yaşlı Sane Bundesliqada "Bavariya"nın heyətində 24 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 12 oyuna bir qol vurub, Almaniya Kubokunda isə iki görüşdə bir dəfə fərqlənə bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest