"Barselona"nın prezidenti Joan Laporta, klubun idman direktoru Deko və komandanın baş məşqçisi Hans-Diter Flikin maraqlarını təmsil edən agent Pini Zahavi arasında danışıqlar aparılıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es paylaşıb.

Bildirilir ki, Kataloniya klubunun rəhbərliyi alman mütəxəssisin işindən məmnundur və onunla müqaviləni daha bir mövsümə, yəni 2026/2027 mövsümünün sonuna qədər uzatmaq istəyir. Üstəlik, yeni müqavilədə onun daha bir il uzadılması variantı da yer alacaq.

Qeyd edək ki, İspaniya La Liqasında 30 turundan sonra Flikin komandası 67 xalla birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest