11 Aprel 2025, 10:05
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərədə oynaya bilər.
Matc.az "El Nacional"a istinadən xəbər verir ki, "Liverpul" ispan futbolçunu transfer etmək istəyir. Premyer Liqa nəhəngi onun üçün "Barselona"ya 50 milyon avro ödəməyə hazırdır.
Fermin Lopeslə "Atletiko", "Aston Villa", "Nyukasl" və "Mançester Yunayted" də yaxından maraqlanır.
Qeyd edək ki, Fermin Lopes 2016-cı ildə "Betis"dən "Barselona"nın akademiyasına cəlb olunub. İspaniya millisinin üzvü olan gənc oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.