"Əl-Nəsr" rəhbərliyi komandanın ulduz futbolçusu Kriştianu Ronaldo ilə yeni müqavilə bağlayacaq. Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu ilə bu barədə razılığa gəlinib.

40 yaşlı futbolçunun sözləşməsinin müddəti daha 2 illik uzadılacaq. Ronaldo 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı təmsilçisində çıxış edir.

Qeyd edək ki, Ronaldo cari mövsümdə "Əl-Nəsr"də 34 oyuna çıxıb və 30 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest