11 Aprel 2025, 10:46
FUTBOL
"Fənərbağça"nın hücumçusu Edin Dzeko komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, bosniyalı hücumçunun İtaliyaya qayıtmaq variantı var.
Belə ki, "Fiorentina" təcrübəli forvardla yaxından maraqlanır. A Seriyası təmsilçisi Dzeko ilə danışıqlara start verib. 39 yaşlı hücumçunun bu təklifi qəbul etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Dzeko İtaliyada “İnter” və “Roma” klublarının formasını geyinib.