"İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq".

"Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil".

Matc.az "Report"a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, AFFA prezidenti Rövşən Nəcəfə göstərdikləri etimada görə təşəkkür edib:

"İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edib. İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. AFFA-nın hazırkı strukturu tələblərə cavab vermir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest