11 Aprel 2025, 11:25
FUTBOL
“Lion”un baş məşqçisi Paulo Fonseka Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”lə heç-heçəni (2:2) şərh edib. Matc.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən mütəxəssis futbolçularına təşəkkür etməklə yanaşı, nəticədən razı qalmadığını bildirib.
“Komandaya xarakterinə görə təşəkkür etdim. Futbolçulardan razıyam, nəticədən isə yox. Cavab oyunu daha çətin keçəcək. Amma yarımfinala çıxmaq şansımız hələ qalır”, - deyə o bildirib.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması aprelin 17-də baş tutacaq.