“Barselona”nın futbolçusu Rafinya karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, braziliyalı hücumçu ilə “Mançester Siti” yaxından maraqlanır.

“Şəhərlilər” cari mövsümün sonunda hücum xəttində dəyişiklik etmək fikrindədilər. Baş məşqçi Xosep Qvardiola rəhbərliklə söhbətində Rafinyanın transferini tələb edib. İspan çalışdırıcının fikrincə, Rafinya komandanın mərkəz hücumçusu Erlinq Halanda daha çox qol imkanları yarada biləcək potensialdadı.

Rafinyanın isə “Barselona”da qalmaq istədiyi vurğulanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest