"Liverpul" rəhbərliyi komandanın futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

Misirli hücumçunun sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər uzadılıb. Bununla da Salahın “qırmızılar”ı tərk edəcəyi haqda yayılan söz-söhbətlərə son qoyulub.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest