11 Aprel 2025, 12:21
FUTBOL
İcarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimheni almaq istəyən klublardan biri geri çəkilib. Matc.az xəbər verir ki, söhbət “Mançester Yunayted”dən gedir.
“Mankunianlar” nigeriyalı forvard uğrunda mübarizədə iştirak etməmək qərarına gəliblər. Osimhenin transfer qiyməti ingilisləri razı salmayıb və onlar diqqətlərini başqa hücumçulara yönəltməyə qərar veriblər.
Qeyd edək ki, “Qalatasaray” Osimhenin transfer hüququnu birdəfəlik almaq niyyətindədi. Bundan əlavə, “Arsenal” və “Çelsi”, həmçinin Səudiyyə Ərəbistanı təmsilçiləri də onunla yaxından maraqlanırlar.