11 Aprel 2025, 13:20
FUTBOL
"Komo"nun baş məşqçisi Sesk Fabreqas iş yerini dəyişə bilər. Matc.az xəbər verir ki, o, "Leyptsiq"in yeni çalışdırıcısı olmağa əsas namizəddi.
Almaniya klubunun rəhbərliyi bu posta məhz Fabreqası gətirmək niyyətindədi. Onunla danışıqlar alınmasa, diqqətlər "Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasnerə yönələcək. Ancaq bu mübarizədə əsas favorit Fabreqasdı.
Qeyd edək ki, “Leyptsiq” ötən ay Marko Rouzu baş məşqçi postundan göndərib.