"Hazırda layihənin reallaşması üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Bu prosesdə AFFA yaxından iştirak edir".

AFFA prezidenti Rövşən Nəcəf İspaniyanın "Barselona" klubunun Azərbaycanda futbol akademiyası açmasına münasibət bildirib.

Matc.az "Report"a istinadən xəbər verir ki, qurum rəhbəri bu barədə mətbuat konfransında danışıb.

O, "Barselona"nın prezidenti Xuan Laportanın Bakıya səfərini xatırladıb:

"Hazırda layihənin reallaşması üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Bu prosesdə AFFA yaxından iştirak edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest