AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
06.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
06.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandasının fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Səbail-2” komandası 50 manat cərimə edilsin (maddə 96);
07.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Qarabağ-2” – “Zirə-2” oyununun 59-cu dəqiqəsində “Zirə-2” komandasının 33 nömrəli futbolçusu Əkbər Eyubov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);