11 Aprel 2025, 15:29
FUTBOL
"Marsel"in futbolçusu Luis Enrike yayda komandadan ayrıla bilər.
Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı vingerin xidmətində iki klub maraqlıdır. Bunlar "Bavariya" və "İnter"dir.
İtaliya klubu Enrike üçün "Marsel"ə 24+4 milyon avroluq təklif göndərməyi planlaşdırır. "Bavariya" da 23 yaşlı oyunçu üçün Fransa klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Luis Enrike "Marsel"ə 2020-ci ilin sentyabr ayında "Tres Passos"dan 8 milyon avroya transfer edilib. Futbolçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 30 rəsmi matçda 9 qol və 8 assistlə yadda qalıb.