"Beşiktaş" Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində doğma meydanda "Başakşehir"lə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, "qara qartallar" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. 7 futbolçu müxtəlif səbəblərdən komandaya kömək edə bilməyəcək.

Mərkəz müdafiəçiləri Feliks Udoxay, Necip Uysal, Emirhan Topçu zədəli, Tayyip Talha Sanuç cəzalı durumdadır. Sol cinah müdafiəçisi Baxtiyor Zaynutdinovla, yarımmüdafiəçi Elan Rikardo da zədəlidir. Hücumçu Semih Kılıçsoy da qırmızı vərəqə cəzalısıdır.

Qeyd edək ki, "Beşiktaş" - "Başakşehir" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest