11 Aprel 2025, 17:08
FUTBOL
Mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayan Tomas Müller Türkiyədə çıxış edə bilər.
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" alman futbolçunu heyətinə qatmaq istəyir.
İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo Müllerin xidmətində maraqlıdır. "Fənərbaxça" 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir. Alamniya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.