11 Aprel 2025, 17:22
FUTBOL
“Barselona” rəhbərliyi komandanın futbolçusu Lamin Yamal ilə uzunmüddətli müqavilə bağlayacaq. Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, “Barsa”nın Yamalın sözləşməsi ilə bağlı heç bir narahatlığı yoxdu. Tərəflər arasında futbolçunun 18 yaşı tamam olan kimi sözləşmənin müddətinin uzadılacağına dair şifahi razılığın olduğu qeyd edilir.
Qeyd edək ki, 17 yaşlı Yamal bu mövsüm ümumilikdə 43 oyunda 14 dəfə fərqlənib.