11 Aprel 2025, 17:46
FUTBOL
Fransa yığmasının sabiq futbolçusu Pol Poqba maraqlı açıqlaması ilə diqqət çəkib. Matc.az xəbər verir ki, o, qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzalandırılması haqda danışıb.
Martın 11-də cəzası başa çatan 32 yaşlı yarımmüdafiəçi bunları deyib: “Dörd illik qadağa alsaydım, futbol oynamağı dayandırardım. Cəzalı olduğum müddətdə pis hisslər keçirdim. Səhər uşaqları məktəbə aparırdım, məktəb məşq meydançasının yanında idi. Məşq meydançasına baxmaq məni kövrəldirdi. Deyərdim ki, bu müddətdə 10 yaş böyüdüm”.
Qeyd edək ki, antidopinq qaydalarını pozduğuna görə əvvəlcə futboldan 4 illik uzaqlaşdırılan Poqbanın diskvalifikasiya müddəti sonra 18 aya endirilmişdi.