11 Aprel 2025, 20:06
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasında XXI tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Turun mərkəzi matçı Yevlaxda keçirilib. "İmişli" səfərdə "Karvan"nın qonağı olub. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
"Qəbələ" isə doğma meydanda "Difai" ilə üz-üzə gəlib. Meydan sahibləri 4 cavabsız qolla qələbə qazanıb.
I Liqa
XXI tur
11 aprel
"Karvan" – "İmişli" - 1:1
Qollar: R.Hüseynov, 73 // O.Timilehin, 7
"Qəbələ" – "Difai" – 4:0
Qollar: D.Massumo, 7, E.Tağıyev, 17, N.Əliyev, 18, 57