"Nottingem Forest" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Morqan Gibbs-Uaytı 100 milyon funt-sterlinq (115 milyon avro) dəyərində qiymətləndirir.

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Futbolçu ilə "Mançester Siti" yaxından maraqlanır. İngiltərə nəhəngi Gibbs-Uaytı cari mövsümün sonunda klubdan ayrılacaq 33 yaşlı yarımmüdafiəçi Kevin De Bruynenin əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Morqan Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. 25 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest